Terrorçu İŞİD qruplaşmasına bağlı haker Beynəlxalq Koalisiya qüvvələrinin zərbələri nəticəsində həlak olub. Terrorçu İŞİD qruplaşmasına bağlı haker Beynəlxalq Koalisiya qüvvələrinin zərbələri nəticəsində həlak olub.

İŞİD-in tanınmış hakeri öldürüldü

Terrorçu İŞİD qruplaşmasına bağlı haker Beynəlxalq Koalisiya qüvvələrinin zərbələri nəticəsində həlak olub.


AzNews.az-ın Report-a istinadən verdiyi məlumata görə, ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü Patrik Rayderin bilbirib ki, Cuneyd Hüseyn Suriyanın Rakka şəhərində öldürülüb.

Britaniya vətəndaşı olan və Əbu Hüseyn Əl-Britani adı ilə də tanınan C.Hüseyn Pentaqonun axtarış siyahısında yer alırdı.

Sözü gedən hakerin olduqca təhlükəli olduğunu vurğulayan P.Rayder bildirib ki, C.Hüseyn güclü texniki təcrübəyə və insanları amerikalıların öldürülməsi üçün İŞİD sıralarına cəlb etmək qabiliyyətinə malik olub.

Britaniyada boya-başa çatan Hüseyn Zəhər Komandası adlı haker qrupunun üzvü olub. Onun Suriyaya amerikalı jurnalist Ceyms Folini qətlə yetirən Cihadçı Conla bərabər 2013-cü ildə getdiyi ehtimal edilir.