“Adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib”. “Adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib”.

Rasim Əliyevi qətlə yetirənlərin vəkili linç edildi – “Elə bil tanınmış adam ölüb” fikrinə görə

“Adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib”.



Jurnalist Rasim Əliyevin qətlə yetirilməsi olayında ittiham edilən və hazırda həbsdə olan "Qəbələ"nin keçmiş kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədovun mətbuata verdiyi açıqlama sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Vəkil mərhum Rasim Əliyevin cinayət işi ilə bağlı açıqlama verərkən "adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib" fikri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və onu tənqid atəşinə tutublar.

Adəm Məmmədovu kəskin tənqid edənlər arasında tanınmış hüquq müdafiəçisi Osman Kazımov da var. O.Kazımov bu açıqlamadan təəssüfləndiyini bildirib.

AzNews.az xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb. O.Kazımov A.Məmmədovun hərəkətindən keçirdiyi təəssüf hisslərini belə ifadə edib: "Adəm Məmmədovun açıqlaması bir vəkil kimi məndə dərin təəssüf hissi yaratdı. Ortada ağır bir cinayət var. İnsan vəhşicəsinə döyülərək, qətlə yetirilib. Rasim bəy həyatdan məhrum edilib. Cinayəti törətmiş şəxslər kimliyindən asılı olmayaraq layiqli cəzalarını almalıdırlar".

Məlumat üçün bildirək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Bahar RÜSTƏMLİ
AzNews.az