Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb. Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Bakıda iki qardaş bıçaqlandı, biri öldü

Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.


AzNews.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.