“Bu ilki parlament seçkisində şansımızın yüksək olacağına ümid edirik”. “Bu ilki parlament seçkisində şansımızın yüksək olacağına ümid edirik”.

“Bu il şansımız daha yüksəkdir” – Sərdar Cəlaloğlu

“Bu ilki parlament seçkisində şansımızın yüksək olacağına ümid edirik”.


Bu sözləri AzNews.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, seçki onlar üçün böyük əhəmiyyət kəsb edir:

"Bu dəfəki seçkilərə ümidimiz böyükdür. Öncəki seçkilərdən fərqli olaraq bu il şansımızın daha çox olacağını güman edirəm. Ümumiyyətlə, seçkilər bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə də biz seçkidə iştirak edirik".

S.Cəlaloğlu bu il dünya ictimaiyətinin Azərbaycanda keçirilən seçkilərə biganə olduğunu da deyib:

"İstər seçki qanunvericiliyində, istərsə də seçki qabağı şəraitdə əvvəlki illərdən fərqlənən hansısa fundamental dəyişikliklər gözə çarpmır. Eləcə də beynəlxalq ictimaiyət əvvəlki seçkilərdən fərqli olaraq Azərbaycanda keçiriləcək bu ilki seçkilərə diqqət göstərmir. Bu baxımdan belə qənaətə gəlmək olar ki, öncəkilərə oxşar seçki keçiriləcək".

Qeyd edək ki,ADP seçkilərdə partiya adından iştirak edəcək şəxslərin siyahısını artıq açıqlayıb. Milli Məclisin bu ilki çağırışına partiya adından 15 nəfər namizədliyini irəli sürüb.

Onu da bildirək ki, Azərbaycan Milli Məclisinə seçkilər noyabrın 1-də keçiriləcək.

Sevinc Yasinqızı
AzNews.az