Müsavat Partiyasının parlament seçkilərinə qatılacaq namizədlərinin yekun və tam siyahısı bu gün açıqlanacaq. Müsavat Partiyasının parlament seçkilərinə qatılacaq namizədlərinin yekun və tam siyahısı bu gün açıqlanacaq.

Müsavat namizədləri bu gün açıqlayacaq – Siyahıda kimlər olacaq?

Müsavat Partiyasının parlament seçkilərinə qatılacaq namizədlərinin yekun və tam siyahısı bu gün açıqlanacaq.


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini, Divan üzvü Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, günün ikinci yarısında Müsavat Partiyasının Divan iclası keçiriləcək:

"Namizədlər Divan iclasında müzakirə olunacaq, tam dəqiqləşdiriləcək və ondan sonra siyahı mətbuata açıqlanacaq".

Xatırladaq ki, avqustun 29-da Müsavat Məclisinin növbəti iclası keçirilib və orada Parlamet seçkilərinə qatılacaq namizədlərin bəzilərinin adı məlum olsa da yekun siyahı açıqlanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az