Tovuz rayonunda ağır yol qəzası baş verib. Tovuz rayonunda ağır yol qəzası baş verib.

“KAMAZ” “Mercedes”ə çırpıldı: 3 ölü, 1 yaralı

Tovuz rayonunda ağır yol qəzası baş verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Xatınlı kəndi ərazisində qeydə alınan hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Belə ki, sürücü idarə etdiyi "Mercedes" markalı avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra isə "Kamaz" markalı yük maşınının qoşqusuna çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 3-ü – sürücü Rəsul Süleymanov, 33 yaşlı Ehtiram Quliyev, 17 yaşlı Murad Əliyev xəstəxanaya çatdırılarkən yolda dünyalarını dəyişiblər. 26 yaşlı İbrahim Əsədov isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.