“Hakimiyyətdə radikal siyasi xətt tərəfdarları qələbə qazanmayacaq” “Hakimiyyətdə radikal siyasi xətt tərəfdarları qələbə qazanmayacaq”

“Radikal siyasi xətt tərəfdarları qələbə qazanmayacaq” – YAP rəsmisi seçkilərdən danışdı

“Hakimiyyətdə radikal siyasi xətt tərəfdarları qələbə qazanmayacaq”


"Çalışacağıq ki, parlamentdə YAP-ın nümayəndələri daha çox olsun"


Xəbər verdiyimiz kimi, Milli Məclisin V çağırışına 2 ay vaxt qalıb.

Lakin bəzi partiyalar hələ də deputatlığa namizədlərinin siyahısını açıqlamayıb.

Yeni Azərbaycan Partiyasının namizəd siyahısının isə bu həftə ərzində açıqlanacağı gözlənilir.

Hakim və müxalif partiyanın namizəd siyahısı ilə bağlı AzNews.az-ın suallarını YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə cavablandırıb.


- Partiyaların əksəriyyəti seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Onların bu il keçiriləcək seçkidəki şanslarını necə qiymətləndirirsiniz?

- Çox da yüksək qiymətləndirmirəm. Ona görə ki, hakim partiyanın nüfuzu çox böyükdür. Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyət Azərbaycanda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, siyasi imicinin yüksəlməsi üçün çox böyük işlər görür. Bir qayda olaraq seçici hakimiyyətin gördüyü işləri öz həyatında hiss edəndə onun nümayəndələrini dəstəkləməyə üstünlük verir. YAP-ın bütün Azərbaycan coğrafiyası üzrə yerli təşkilatları var. Bizim 600 mindən çox üzvümüz var. Vaxtaşırı sosial sorğular keçiririk. Bu və ya digər reginondakı vəziyyətlə daima maraqlanırıq. Bu səbəbdən biz yenidən partiyamızın böyük qələbə qazanacağını düşünürük.

- Ümumiyyətlə, müxalif partiyalardan olan namizədlərin seçilmə şansı yoxdur?

- YAP-la yanaşı ayrı-ayrı müxalif partiyaların, eyni zamanda nüfuzlu partiyanın üzvü olmayan şəxslərin də parlamentə seçilməsi gözləniləndir.

Hər halda görünən odur ki, hakimiyyətdə radikal siyasi xətt tərəfdarları qələbə qazanmayacaq. Konstruktiv müxalifətdə olan bu və ya digər sahə üzrə proqramını irəli sürən, hakimiyyətin siyasətinin daha da təkmilləşdirilməsi təklifini verən müxalif qüvvələrin isə əvvəlki kimi yenə də parlamentə seçilməsi gözlənilmir. Ümumilikdə müxalifətin böyük ajiotaj yaradacaq qələbəsi gözlənilmir. Amma müəyyən sayda seçilməsi mümkün ola bilər. Yenə də son sözü seçiçi deyəcək.

- Hazırda Milli Məclisdə təmsil olunan 10 siyasi partiya var. Həmin partiyaların hər birindən yenidən bir nəfərin parlamentə düşməsi mümkündürmü?

- Hesab edirəm ki, həmin həmkarlar yenidən seçilə biləcəklər. Fəal olublar, mövqelərini bildiriblər, bizim razılaşmadığımız onların bir sıra fikirləri olub. Bu sahədə polemikalarımız olub. Onların bir qismininin parlamentə seçilməsi mümkün ola bilər. Çünki öz dairələri ilə birgə işləyiblər. Amma hər halda çalışacağıq ki, parlamentdə YAP-ın nümayəndələri daha çox olsun.

- Müxalifətin əsas liderlərindən olan İsa Qəmbər də bu il namizəddir. Onun şansını necə qiymətləndirirsiniz?

- İsa Qəmbərin dövrü çoxdan keçib. Nə ümummilli seçkilərdə səs toplaya bildi, nə də partiyasında birlik yaradıb özündən sonrakı dövrə möhür qoya bildi. Bu gün yeni bir nəsil yetişir. Onun üçün əsas cəlb edici fiqurlar Azərbaycanın bu günkü inkişafı üçün töhfə verən, intellektual fikirləri ilə diqqəti cəlb edən, eyni zamanda ictimai müzakirələrdə fəal olan insanlardır. İsa Qəmbər isə köhnə dövr fikirləri ilə diqqəti cəlb edir. 4-5 ildir ki, onun ictimai fəaliyyəti gözə çarpmır. Daha doğrusu ictimai proseslərdə iştirak etmir.

- Sizin fikrinizcə, YAP-dan namizədliyi irəli sürülmüş və deputat seçilmiş hazırkı millət vəkillərindən kimlərin parlamentə düşmək şansı yoxdur?

- Siyahı açıqlandıqdan sonra hər şey bilinəcək. Həmin siyahı bütün suallara cavab verəcək.

Sevinc Yasinqızı
AzNews.az