Türkiyənin Şerafettin Elçi hava limanında işləyən polislərin xidməti maşınlarına bombalı hücum edilib. Türkiyənin Şerafettin Elçi hava limanında işləyən polislərin xidməti maşınlarına bombalı hücum edilib.

Türkiyədə polisə növbəti bombalı hücum – 5 yaralı

Türkiyənin Şerafettin Elçi hava limanında işləyən polislərin xidməti maşınlarına bombalı hücum edilib.


b>AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, xidməti avtobus yolu keçərkən PKK silahlıları öncədən yolda gizlətdikləri bombaları uzaq məsafədən partladıblar.

Partlayış zamanı 5 polis yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücumun təşkil edildiyi əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yol nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.

Aydan Axundova