Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xədicə İsmayılovanın məhkəməsi keçirildi

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


AzNews.az-a açıqlama verən vəkil Fariz Namazlı bildirib ki, son söz deyən Xədicə İsmayılova çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb: "Prokuror Ramazan Hadıyev onun mahiyyəti üzrə çıxış etmədiyini, ona görə də hakimdən prosesin dayandırılmasını istəyib. Bundan sonra hakimlər prosesi yarımçıq saxlayıb müşavirəyə getdilər. Daha sonra bizə hökmün ya sentyabrın 1-də, ya da sentyabrın 2-də elan ediləcəyini dedilər".

Dövlət ittihamçısı Ramazan Hadıyev Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Azadlıq Radiosu" və "Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Sevinc Yasinqızı
AzNews.az