Kənd Təsərrüfatı Nazirliyinin saytı (http://e-xidmet.agro.gov.az/) üzərindən fermerlərə göstərilən əhəmiyyətli elektron xidmətlərdən biri də etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı istehsalına və idxalına, özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyinin saytı (http://e-xidmet.agro.gov.az/) üzərindən fermerlərə göstərilən əhəmiyyətli elektron xidmətlərdən biri də etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı istehsalına və idxalına, özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlıdır.

Kənd Təsrrüfatı Nazirliyindən necə elektron formada lisenziya almaq olar?

Kənd Təsərrüfatı Nazirliyinin saytı (http://e-xidmet.agro.gov.az/) üzərindən fermerlərə göstərilən əhəmiyyətli elektron xidmətlərdən biri də etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı istehsalına və idxalına, özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlıdır.


Qeyd edək ki, 20 aprel 2005-ci il tarixli 226 nömrəli prezident fərmanı ilə etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatı istehsalına və idxalına, 6 avqust 2008-ci il tarixli 811 nömrəli fərmana əsasən isə özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Bu xidmət ölkədə etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı, özəl baytarlıq təbabəti, baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya), özəl toxumçuluq fəaliyyətinə şəhadətnamə verilməsi üçün aidiyyəti üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahələr üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.
Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılıb. Elketron müraciət qeydə alındığı gündən başlayaraq 15 gün müddətində baxılır.
Sorğu internet ünvanının (yeri göstərilməklə) xüsusi bölməsində yaradılmış və real vaxt rejimində Ərizə formasının doldurulması ilə formalaşır. Doldurulmuş ərizə və digər tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada qəbul edilir və bu barədə göndərən şəxsə təsdiqetmə bildirişi göndərilir.

Lisenziya və şəhadətnamə almaq üçün təqdim edilən sənədlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir:

Lisenziya verilməsi barədə

Müraciət və təqdim edilən sənədlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir.

Lisenziyanın verilməsindən imtina edilmədikdə dövlət rüsumunun ödənilməsi və bu barədə ödənişin təqdim edilməsi üçün ərizəçiyə müraciət edilir. Ödəniş aparılaraq ödənişi təsdiq edən sənəd (ödəniş tapşırığı və ya qəbz) Kənd Təsərrüfatı Nazirliyinə təqdim edildikdən sonra müvafiq şöbə tərəfindən lisenziya müvafiq qaydada hazırlanır və imzalandıqdan sonra aidiyyəti şöbə tərəfindən xüsusi kitabda qeydiyyata alınır, telefon və ya elektron poçt vasitəsilə ərizəçiyə məlumat verilir. Lisenziya şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdən və alınması barədə xüsusi kitabda imza aparılmaqla lisenziya sahibinə təqdim edilir.

Şəhadatnamə verilməsi barədə

Toxum istehsalçılarının dövlət reyestrinə daxil olması üçün təqdim olunan sənədlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir,baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı tarixdən 15 gündən gec olmayaraq "Toxum Şurası" tərəfindən müvafiq qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə müvafiq Ərazi Kənd Təsərrüfatı İdarəsinə və ya rayon (şəhər) İcra Hakimiyyətinə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim olunur və onlara 5 gün müddətində baxılaraq müvafiq qərar qəbul olunur.

Bu elektron xidmətlə bağlı inzibati reqlamnet və zəruri olan sənədlərin siyahısı ilə http://e-xidmet.agro.gov.az/index.php?sectionid=5 bu link vasitəsilə tanış ola bilərsiniz.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən "İri fermer təsərrüfatlarının elektron xidmətlərdən istifadəsinə yardım göstərilməsi" layihəsi çərçivəsində dərc olunub. (İstiqlal.az)