Ukrayna Ali Radası yanında baş verən toqquşma əsnasında partlayış olub. Ukrayna Ali Radası yanında baş verən toqquşma əsnasında partlayış olub.

Ukraynada gərginlik səngimir: Ali Radada partlayış – 15 yaralı (Video)

Ukrayna Ali Radası yanında baş verən toqquşma əsnasında partlayış olub.


AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsindən sonra baş verən toqquşmada partlayış baş verib.

Verilən məlumata görə, toqquşma nəticəsində 15 hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb. Onlardan 6-7 nəfərin vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib. Hazırda Kiyev polis idarəsinin rəisi Aleksand Tereşuk hadisə yerindədir.



Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Facebook səhifəsində toqquşma zamanı qumbaradan istifadə edildiyini qeyd edib:
"Elə indicə Ali Radanı qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına döyüş qumbarası atıldı.Milli Qvardiyanın bir neçə hərbçisi ağır yaralanıb. Onların həyatı təhlükədədir".

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Petro Poroşenkonun təklifi ilə Ukrayna Parlamenti ölkə Konstitusiyasının mərkəzləşdirmə hissəsinə dəyişiklik edilib. Dəyişiklik layihəsi Ali Radanın blok edilmiş trubunasında həyata keçirilib. "Radikal Partiya"nın deputatları fraksiya başçılarının çıxışı zamanı "bıabırçılıq" deyə qışqırıblar və sirenadan istifadə ediblər. Bu yolla onlar parlamentarilərin prezident layihəsini dəstəkləyən çıxışlarına mane olmaq istəyiblər.



Aydan Axundova