Hindistanda reanimasiyada yatan 10 günlük körpə siçanların dişləməsi səbəbi ilə həyatını itirib. Hindistanda reanimasiyada yatan 10 günlük körpə siçanların dişləməsi səbəbi ilə həyatını itirib.

Siçanlar 10 günlük körpəni öldürdülər - VİDEO

Hindistanda reanimasiyada yatan 10 günlük körpə siçanların dişləməsi səbəbi ilə həyatını itirib.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, siçanlar dişlədikdən dərhal sonra müdaxilə edilmədiyi üçün körpə həyatını itirib.

Hindistan Dövlət Xəstəxanasında baş verən hadisəni valideynləri belə izah ediblər:

"Körpəmiz idrar yollarındakı problemə görə əməliyyat olunacaqdı. Biz oğlumuzun barmağının dişləndiyini görüb, bu barədə tibb bacılarına bildirdik. Ancaq onlar bunu nəzərə almadılar. Əməliyyatdan sonra sağalması üçün reanimasiyada saxlanıldı. Oğlumun yanına getdiyim zaman bir çox yerindən dişlənildiyini gördük və həkimlərə xəbər verdik. Lakin artıq çox gec idi".

Bu dəhşətli hadisədən sonra Hindistanın Səhiyyə Nazirliyi dərhal hərəkətə keçib. Təqsirləndirilən bir həkim və onun üç köməkçisi işdən çıxarılıb. Onlara məhkəmə qarşısında hökm oxunacağı gözlənilir.