Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib.

Ərdoğan Baxçalını məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib.


"Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baxçalının son mitinqlərdə dövlət başçısının ünvanına səsləndirdiyi sərt tənqidi fikirlər Ərdoğanın etirazına səbəb olub.
Prezident Ankara Şəhər Məhkəməsində müxalifət liderinə qarşı şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.

Ərdoğan mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.