PKK-lı terrorçular Türkiyədə 1 polis məmurunu tələyə salaraq öldürüb. PKK-lı terrorçular Türkiyədə 1 polis məmurunu tələyə salaraq öldürüb.

PKK silahlıları polisi tələyə salıb öldürdü – Türkiyədə

PKK-lı terrorçular Türkiyədə 1 polis məmurunu tələyə salaraq öldürüb.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Iğdır vilayətində baş verib.

Əldə olunan məlumata görə, bir uşaq 45 yaşındakı polis məmuru Olgun Kurbanoğluna yaxınlaşaraq 2 şübhəli şəxs gördüyünü deyib. Uşağın işarə etdiyi yerə gedən polis məmuru PKK-lıların tələsinə düşüb. Terrorçular evli və 3 uşaq atası olan polisə "kalaşnikov" markalı silahdan atəş açıblar.

Atəşə cavab verən polis məmuru 1 terrorçunu yaralasa da, başından və sinəsindən ağır yara alıb.


Silah səslərini eşidən polislər hadisə yerinə gələrək yaralı polisi xəstəxanaya aparıblar. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçan terrorçuların axtarışına başlanılıb. Hazırda əməliyyat davam etdirilir.

Aydan Axundova