NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirak edəcək 4 namizədi artıq müəyyənləşib. NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirak edəcək 4 namizədi artıq müəyyənləşib.

NİDA-nın seçkilərdə iştirak edəcək namizədləri bəlli oldu

NİDA Vətəndaş Hərəkatının parlament seçkilərində iştirak edəcək 4 namizədi artıq müəyyənləşib.



Bunu AzNews.az-a açıqlamasında hərəkatın üzvü Turqut Qəmbər deyib.

Bildirib ki, hərəkatın namizədlərinin sayında dəyişikliklər ola bilər: "Hazırda 4 namizədimiz var. 9-cu dairədən Ülvi Həsənli, 18-ci dairədən Ramin Hüseynov, 29-cu dairədən Elgiz Qəhrəman və 106-cı dairədən Nicat Əmiraslanov olacaq. Ola bilsin ki, yaxın günlərdə namizədlik siyahımız çoxalsın".

T.Qəmbət seçkilərə müstəqil şəkildə qatılmaq fikrində olduqlarını deyib: "Ancaq buna baxmayaraq həm Müsavat Partiyası, həm REAL hərəkatı ilə əlaqələrimiz var. Müşahidəçilik məsələsində onlarla əməkdaşlığımız olacaq".

Sevinc Yasinqızı
AzNews.az