“Seçicilərim layiqli bilsələr, bu il də parlament seçkilərində iştirak edəcəyəm”. “Seçicilərim layiqli bilsələr, bu il də parlament seçkilərində iştirak edəcəyəm”.

Aydın Abbasov: “Onların qəlbini qırmaram”

“Seçicilərim layiqli bilsələr, bu il də parlament seçkilərində iştirak edəcəyəm”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Aydın Abbasov deyib. Bildirib ki, parlamentə seçildiyi hər iki çağırışda onun namizədliyini seçiciləri irəli sürüb: "Hər şey seçicilərimizin irəli sürdüyü təşəbbüsdən qaynaqlanacaq. Hələ zamanımız var. Seçicilərimiz məsləhət bilsələr, lazım bilsələr, layiqli bilsələr, əlbəttə ki, mən onların qəlbini qırmayacağam və namizədliyimi irəli sürəcəyəm. Seçicilərimiz öz səlahiyyətli nümayəndələri kimi başqa birini görmək istəsələr, biz də onlara dəstək olmalıyıq".

Nigar