Tacikistan prezidenti Emomali Rahmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb. Tacikistan prezidenti Emomali Rahmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb.

Prezident əhalini iki illik ərzaq ehtiyatı toplamağa çağırdı - İqtisadi böhran

Tacikistan prezidenti Emomali Rahmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb.


AzNews.az İnterfax-a istinadən xəbər verir.

"Artıq bir neçə ildir ki, biz vətəndaşları ən azı iki illik ərzaq ehtiyatı toplamağa çağırırıq. Bu çox vacibdir. Xüsusilə bu il, kənd təsərrüfatı məhsullarının bol olan vaxtı hər bir ailə bundan istifadə etməlidir", - prezident qeyd edib.

Rəhmon əlavə edib ki, bu il dünyada geosiyasi vəziyyət, milli valyutaların dəyərdən düşməsi və payız-qış mövsümünün daha soyuq keçməsi ölkə vətəndaşlarının həyatına mənfi təsir göstərir.

Bununla belə, Rəhmon qeyd edib ki, 2015-ci il kənd təsərrüfatı istehsalı üçün uğurlu alınıb. Və hər bir tacik ailəsi bu bolluqdan istifadə etmək hüququna malikdir.