Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Bəhruz Əliyevin (1982-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Bəhruz Əliyevin (1982-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qayınatasının evində arvadını öldürmək istəyənə - 11 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Bəhruz Əliyevin (1982-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu il fevralın 2-də Binəqədə rayonunun M.Rəsulzadə qəsəbəsindən şəhər sakini Günel Əliyeva (1984-cü il təv.) kəsilmiş-deşilmiş yara ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb və əməliyyat olunaraq həyatı xilas edilib. Hadisədən sonra qadının əri Bəhruz Əliyev könüllü Binəqədi RPİ 4-cü polis bölməsinə gedərək təslim olub və cinayəti ailə-münaqişəsi zəmnində törətdiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, evlərində baş vermiş mübahisədən sonra Günel Əliyeva çıxıb atasının evinə gedib, bundan qəzəblənən Bəhruz Əliyev isə bir müddətdən sonra qayınatasının evinə gələrək, həyat yoldaşını bıçaqlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.