“Qarabağda sentyabrın 13-nə təyin olunan qondarma bələdiyyə seçkiləri münaqişənin nizama salınmasına maneələr yaradır”. “Qarabağda sentyabrın 13-nə təyin olunan qondarma bələdiyyə seçkiləri münaqişənin nizama salınmasına maneələr yaradır”.

“Qarabağın azad olunması üçün şərait yaranıb” – Rusiyalı politoloq

“Qarabağda sentyabrın 13-nə təyin olunan qondarma bələdiyyə seçkiləri münaqişənin nizama salınmasına maneələr yaradır”.


AzNews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Petrov deyib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə hər-hansı seçki yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik etirazına səbəb olmayacaq, eyni zamanda, bu ölkənin rəhbərliyini qıcıqlandıracaq: "Bu "seçki"nin hədəfi Bakını dialoqdan imtina etmək təxribatına çəkməkdir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllini, ərazilərin qaytarılması və qaçqınların öz evlərinə qayıdışını istəmir. Buna görə də danışıqlar prosesinə bütün vasitələrlə maneə yaradır. Burada bir məsələyə diqqət çəkmək lazımdır. Sözügedən "seçki" Nyu-Yorkda BMT Baş Assambleyası iclasının start götürəcəyi tarixdən iki gün öncəyə təsadüf edir. Hansı ki, Nyu-Yorkda prezidentlərin görüşünün təşkil edilməsi cəhdləri mövcud idi. Lakin prezidentlər yox, xarici işlər nazirləri görüşəcək".

Rusiyalı politoloq İrəvanın danışıqlar öncəsi və sonrası həmişə təxribatlara əl atdığını bildirib.

"Paris görüşündən bir neçə gün sonra Ermənistan helikopteri Azərbaycan hava məkanını pozdu və məhv edildi. Bu, danışıqların yeni raundu üçün yaranan şansları alt-üst etdi. Təxribatlar 2015-ci ildə də davam etdi. Ermənistan tərəfi yalançı dəlillər gətirərək, Azərbaycanın onlara hücum etdiyini iddia edirdi. Bu rəsmi Bakını əsəbiləşdirmək və səhv buraxmağa məcbur etməyə hesablanıb. Çünki Azərbaycan təkcə ərazi bütövlüyünün bərpası üçün mübarizə aparmır. O, həm də beynəlxalq ictimaiyyətdə haqlı olduğunu sübut etmək üçün də çalışır", - deyə politoloq vurğulayıb.

A. Petrov qeyd edib ki, Qarabağdakı "seçkilər" də danışıqlar prosesini dalana dirəyir: "Ermənistan əvvəl hərbi təxribatlara əl atırsa, indi siyasi gedişlər edir. Çünki İrəvanın mövcud status-kvonu saxlamaq üçün başqa yolu yoxdur. Ermənistan Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları" işində verdiyi hökmü icra etməyə məcburdur. Bu da Qarabağın azad olunması üçün yeni şərait yaradır. Hesab edirəm ki, beynəlxalq sanksiyaların olmadığı bir şəraitdə Ermənistan qeyri-müəyyən vaxta qədər Qafqazda sabitliyi pozmaqda davam edəcək".