Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs millət vəkili olmaq üçün ilk addımı atdı. Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs millət vəkili olmaq üçün ilk addımı atdı.

Tatlısəs deputatlığa rəsmən namizəd oldu - FOTO

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs millət vəkili olmaq üçün ilk addımı atdı.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, müğənni hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyə namizəd olmaq üçün rəsmi müraciət edib. Şanlıurfadan namizədliyə namizəd olmaq istəyən Tatlısəs üçün müraciəti AKP Şanlıurfa təşkilatına müğənninin vəkili Əhməd Türkmən edib. İbrahim Tatlısəsin müraciət sənədləri AKP təşkilatının komissiya sədri Mehmet Büyükfırata təhvil verilib.

Vəkil Əhməd Türkmən çıxışda jurnalistlərə açıqlama verib. "İbrahim bəyin istəyi ilə bu gün AKP-dən namizədliyə namizəd olması üçün müraciət etdik. Bir müddət sonra özü də Şanlıurfaya gələcək və seçki fəaliyyətinə başlayacaq."

Müğənni İbrahim Tatlısəs sosial şəbəkədəki təqibçilərinə, "Məni harada görmək istəsəniz, mən orada olacağam" – demişdi.