- Köhnə - Cəmiyyət
- 2 Sentyabr 2015 10:29
- 2 909
Bu küçələrdə tıxac var
Paytaxtın bir sıra küçə və prospektlərində güclü tıxac yaranıb.
AzNews.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda Yavər Əliyev, Sakit Qocayev, Süleyman Sani Axundov küçələrində, Bibiheybət yolunda, Azadlıq prospektində avtomobillərin intensiv sıxlığı müşahidə edilir.
Bununla yanaşı, Babək prospekti-Kənar yol-Nəcəfqulu Rəfiyev, Xudu Məmmədov, Mikayıl Müşfiq, Ceyhun Səlimov küçələrində hərəkət məhdudlaşdırılıb.