Son günlər apteklərdə dərman qıtlığının yaranması mətbuatın gündəmindən düşmür. Son günlər apteklərdə dərman qıtlığının yaranması mətbuatın gündəmindən düşmür.

Ölkənin dərman istehsalı ölü vəziyyətdə - 99 faizi idxal olunur

Son günlər apteklərdə dərman qıtlığının yaranması mətbuatın gündəmindən düşmür.


Bir çox apteklərdə alıcılar dərmanları tapmaqda çətinlik çəkirlər.

Səhiyyə Nazirliyi isə dərman preparatlarının qiymətinin endirilməsi ilə bağlı qərardan sonra dərmanların tapılmaması məsələsini onlara yeni qiymət etiketlərinin vurulması ilə izah etmişdi.

Faktdır ki, bu gün ölkəmizə dərmanların böyük əksəriyyəti xaricdən gətirilir. Bəs ölkədə dərman istehsalı varmı?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkənin əczaçılıq sahəsi idxaldan asılıdır: "2015-ci ilə olan məlumata əsasən Azərbaycan Respublikasında qeydiyyata alınmış dərman vasitələrinin 99%-i idxal olunur, 1%-i isə yerli istehsalın payına düşən dərman vasitələridir. Bunlar da əsasən "Həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatları"nın siyahısına aid olan dərman vasitələridir".

Sevinc Yasinqızı
AzNews.az