Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin üzvü Füzulu Vəziroğlu qurumdan istefa verir. Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin üzvü Füzulu Vəziroğlu qurumdan istefa verir.

Qubad İbadoğlunun qurumundan istefa - Müsavata qayıdış

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin üzvü Füzulu Vəziroğlu qurumdan istefa verir.


AzNews.az-a daxil olan məlumata görə, o, Müsavata geri qayıtmaq üçün iki gün bundan öncə sözügedən qurumda olub və partiya rəsmiləri ilə görüşüb.

Görüşdə o, partiya rəhbərliyinə istefa verdiyi üçün peşman olduğunu və geri qayıtmaq üçün ona dəstək olunmasını xahiş edib. F.Vəziroğlu Q.İbadoğlunu fəaliyyətsizlikdə ittiham edib. Partiyadan isə ona hələlik razılıq verilməyib. Bildirilib ki, məsələ partiyanın şura iclasında müzakirə olunub qərar verilməlidir.

Məsələ ilə bağlı Müsavat partiyası ilə əlaqə saxladıq. Oradan AzNews.az-a bildirdilər ki, F.Vəziroğlu dünən doğrudan da Müsavat rəhbərliyi ilə görüşüb, müzakirələr aparıb.

Xatırladaq ki, V.Vəziroğlu Müsavat partiyasının üzvü olub. O, Arif Hacılı başqan seçiləndən sonra qurumdan istefa verib Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olub.

Bahar RÜSTƏMLİ
AzNews.az