Abşeron Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib. Abşeron Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib.

Abşerona qadın başçı təyin edildi - Sərəncam

Abşeron Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib.

AzNews.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Qeyd edək ki, İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin bu gün işdən azad edilən başçısı Zakir Fərəcovun birinci müavini olub.