Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda daha bir yol qəzası - 3 yaralı (FOTO)

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.

Şirinov Kamal Asəf oğlunun oğlunun idarə etdiyi "Range Rover" markalı avtomobil Məmməd Araz küçəsindən Azadlıq prospektinə dönərkən qarşı yola çıxıb. Bu vaxt Azadlıq prospektindən Məmməd Araz küçəsinə dönən BMW markalı avtomobil "Range Rover"ə çırpılıb. Qəza nəticəsində BMW-də olan üç nəfər - 24 yaşlı Mehman İbadov, 32 yaşlı Yaşar Babayev və 23 yaşlı Xəyalə Babayeva xəsarət alıblar. Yaralılan əraziyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qəzadan sonra Azadlıq prospektində və Məmməd Araz küçəsində nəqliyyat sıxlığı yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzaya uğramış avtomobilləri təxliyə ediblər və nəqliyyatın normal hərəkəti tədricən bərpa edilib.