"Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?" "Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?"

Ürəkləri sızladan o foto - 3 yaşlı Aylan...

"Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?"


AzNews.az xəbər verir ki, bu sözləri "İndependent" qəzeti ötən gün 6 nəfərin həyatını itirdiyi hadisədə ölümü ilə dünyaya səs salan Aylan üçün deyib. 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən də yunan adalarına qaçmaq istəyən zaman rezin botları batıb və körpə qardaşı ilə birlikdə həyatını itirib. Körpənin cansız bədəni sahildə tapıldıqdan bir müddət sonra özündən bir yaş böyük qardaşının da eyni xəbəri ürəkləri yandırdı. İki qardaşın xoşbəxt günlərdə çəkdirdiyi iddia olunan fotolar sosial mediada tez bir zamanda yayılıb. Dünyaca məşhur fotoqrafların paylaşdığı bu fotolardakı körpələrin xoşbəxt simaları və sonrakı faciəvi ölümləri dünyanı kədərə boğub.

Qeyd edək ki, Bodrumdan Kosa gedən 6 nəfərin olduğu rezin botun batması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər boğularaq ölüb. (qafqazinfo.az)
image description image description