Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda zibilin içindən qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub. İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib. Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda zibilin içindən qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub. İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Zibillikdən 10 növ silah tapıldı - Bakıda (FOTO)

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda zibilin içindən qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub. İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.


AzNews.az xəbər verir ki,"Təmiz Şəhər" ASC-dən Trend-ə bildiriblər ki, avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır:

1) 2 ədəd F1 əl qumbarasının korpusu

2) 2 ədəd F1 əl qumbarasının alışqanı

3) 1 ədəd pnevmatik tapanca

4) 1 ədəd "Valtro" tapancası

5) 2 ədəd avtomat darağı

6) 1 ədəd patrondaş sepi

7) 162 ədəd 7.62 mm çaplı patron

8) 13 ədəd 5.45 mm çaplı patron

9) 1 ədəd 14.5 mm çaplı patron

10) 10 ədəd tapanca patronu

Qeyd edilib ki, Bakı şəhərindən toplanmış tullantılar gün ərzində "Təmiz Şəhər" ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə, ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Belə hallarla qarşılaşdıqda həmin əşyalar aidiyyatı üzrə qurumlara təhvil verilir.
image description image description