Qubadlı Rayon sakini, ikinci qrup Qarabağ əlili, Prezident təqaüdçüsü Mahir Məmmədov 10 ildən çoxdur ki, qəzalı vəziyyətdə olan mənzildə yaşayır. O, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, şikayətinə baxan yoxdur. Qubadlı Rayon sakini, ikinci qrup Qarabağ əlili, Prezident təqaüdçüsü Mahir Məmmədov 10 ildən çoxdur ki, qəzalı vəziyyətdə olan mənzildə yaşayır. O, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, şikayətinə baxan yoxdur.

Qarabağ əlili, Prezident təqaüdçüsünün dözülməz durumu – FOTO

Qubadlı Rayon sakini, ikinci qrup Qarabağ əlili, Prezident təqaüdçüsü Mahir Məmmədov 10 ildən çoxdur ki, qəzalı vəziyyətdə olan mənzildə yaşayır. O, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, şikayətinə baxan yoxdur.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən M.Məmmədovun sözlərinə görə, Qubadlı rayonu işğal olunandan sonra ailəsi ilə Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Təmir-Tikinti İdarəsinin binasınin iki balaca otağında məskunlaşıb. O gündən bu günə kimi özünə sığınacaq seçdiyi idarənin otaqları təmir olunmadığından qəzalı vəziyyətinə düşüb: "Ailəliyəm, iki övladım və həyat yoldaşımla 1993-cü ildən bu otaqda yaşayıram. Yaşadığım otaqların tavanı qəzalı vəziyyətdədir, uçulub dağılır. Mənə baxan, məni eşidən yoxdur. Qalmışam pis vəziyyətdə. Evə, balalarıma baxıb özümü ağlayıram. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib bura baxış keçirdilər. Dedilər ki, təcili otaqları boşaldın, tavan hər an uçmaq təhlükəsi ilə üz-üzədir, burada yaşamaq olmaz. Uşaqlarım var, iş qabiliyyətimi itirmişəm. Çöldə yaşaya bilmərəm. Başımı götürüm hara, kimin yanına gedim?".

M.Məmmədov deyir ki, o, da bu torpağın oğludur və bu vətən üçün döyüşüb: "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ərizə ilə müraciət etmişəm, müavinləri ilə görüşmüşəm. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı ilə dəfələrlə görüşüm olub. Nə mənası, baxan yoxdur, dinləmirlər. Aidiyyəti qurumlar deyir ki, sizin məskunlaşdığınız otaqları düzətmək üçün bizim imkanımız yoxdur. Deyirəm o zaman bizi başqa yerə köçürdün. Deyirlər ki, bu da bizim imkanımız xaricindədir. Nə evi təmir edirlər, nə də başqa yer verirlər. Qalmışam yağışın-qarın altında. Neçə qışdır ki, mən belə yaşayıram. Bizə baxan yoxdur".

Aylıq gəliri 220 manat olan Qarabağ əlili onu da vurğulayıb ki, yeganə ümid yeri ölkə prezidentidir: "Mənə kömək edin, cənab Prezident".



Bahar RÜSTƏMLİ
AzNews.az