Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib. Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.

Turistlərin viza alması asanlaşdı - Rəsmi

Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu qayda Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edək ki, "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ vermişdi. Hal-hazırda ilkin olaraq elektron turist viza sistemindən istifadə etmək həvalə olunmuş turizm şirkətləri "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"na uyğun olaraq akkreditasiyadan keçirilir.

Bununla yanaşı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron turist vizaları müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir.

Sevinc Yasinqızı
AzNews.az