Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ötən gecə erməni silahlı bölmələrinin Əlibəyli kəndində mülki insanlara və evlərə zərər yetirməsinə münasibət bildirib. Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ötən gecə erməni silahlı bölmələrinin Əlibəyli kəndində mülki insanlara və evlərə zərər yetirməsinə münasibət bildirib.

Qənirə Paşayeva cəbhədəki son hadisədən danışdı

Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ötən gecə erməni silahlı bölmələrinin Əlibəyli kəndində mülki insanlara və evlərə zərər yetirməsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan millət vəkili bütün gecəni narahat keçirdiklərini qeyd edib:

"Ermənistan ordusu dünən saat 21:00 radələrindən başlayaraq atəşkəsi pozaraq Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndi istiqamətində bir neçə saat mülkü insanları yenə də hədəfə alaraq insanlıqdan kənar əməllərini davam etdiriblər. Kənd sakini Tofiq Kazımov elə öz evində 2 qəlpə yarası alaraq yaralanıb. Tez-tez rayonun baş həkimi və həkimlərlə danışırıq. Tofiq bəyin vəziyyəti çox şükr yaxşılaşır. Allahın və həkimlərimizin köməyi ilə həyati təhlükəsi yoxdur artıq. Bir az öncə özü ilə də danışdım. İnşallah yaxın günlərdə sağalıb ailəsinin yanına qayıdacaq. Allah qoruyub Tofiq bəyi. Ermənistan silahlı qüvvələri mülkü insanları,onların evlərini hədəfə almaqda davam etməklə vandalizm əməllərindən əl çəkmədiyini bir daha nümayil etdirir. Bir ailəni yenə evsiz qoydular. Kənd sakini Ağacanov Mayıl Rəşid oğlunun evi tamamilə yanıb. Yanğınsöndürənlərə belə söndürməyə imkan verilməyib. İsmayılov Tariyel Tahir oğlunun evinə də zərər dəyib. Allahverdiyev Mübariz və Sevil xanıma məxsus həyətlərindəki ot tayaları yandırılıb, bir neçə kənd sakininin evinə zərər dəyib. Tez-tez kənd icra nümayəndəsi və sakinlərlə danışırıq".

Millət vəkili bildirib ki, Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab veriblər:

"Təssüf ki, Ermənistan Silahlı Qüvvələri məhz mülkü insanlara qarşı bir çirkin, insanlıqdan kənar əməllərindən əl çəkmirlər. İnşallah inanıram ki, dövlətimiz düz ön cəbhədə yaşayan vətəndaşımız Mayıl bəyin ailəsinin evini tezliklə tikərək həm evsiz qalmış ailəyə dəstək göstərəcək həm də düşmənə bütün çirkin niyyətlərinizin qarşısı alınacaq məsajı verəcək bir daha. Bundan öncədə məhz Əlibəylidə evi Ermənistan silahlı qüvvələri tərəfindən vurularaq yandırılan bir sakinimizin,İsmayıl bəyin ailəsinin evi də dövlət tərəfindən yüksək səviyyədə tikilərək istifadəyə verilmişdi və bu da ölkə rəhbərliyimizin bu məsələyə həssas münasibətini bir daha ortaya qoymuşdu. Çox şükür ki, ev yanan zaman sakinləri içərisində olmayıb. Əlibəyli insanları mərd,cəsur,qorxmaz insanlardır və düşmən bu kimi çirkin əməlləri ilə onları qorxuda bilməz. Üstəlik ordumuz, hərbiçilərimiz də düşmənə hər zaman layiqli cavablarını verirlər və insanlarımızı qorumaq üçün əllərindən gələni edirlər".

Q. Paşayeva mülkü vətəndaşlara qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktlarına göz yuman, seyrici yanaşan və heç bir ciddi reaksiya verməyən beynəlxalq təşkilatların Bakıdakı ofislərinə səslənərək evi yandırılan, güllə ilə vurulan o insanlara baş çəkməyə getməməklə bağlı onlara sual ünvanlayıb:

"Başqa zaman insan haqlarından danışırsınız. Beynəlxalq İnsan hüquqları qeyri-hökumət təşkilatları da hər zaman olduğu kimi bu mövzuda sanki heç nə görmür və eşitmir. Bəs o insanların pozulan haqlarını niyə görmürsünüz? Nədən açıqlama verib ən azı Ermənistanı qınamaq belə istəmirsiniz? O insanlar sizin səmimiyyətinizə çoxdan inanmırlar artıq. O insanlar ATƏT-in Minsk Qrupu, Avropa Şurasını, BMT-nı, ATƏT-i, beynəlxalq qeyri-hökumət təşkilatlarını Ermənistanın bu vandalizm aktlarına artıq gözyummamağa, zərər çəkən insanların haqlarını müdafiə etməyə, belə halların yaşanmaması üçün işğalçı Ermənistana təzyir etməyə çağırırlar. Onların səsini eşitmək sizin ilk öncə missiyanızdı. Və onlar sizi ədalətli olmağa çağırır. Əgər sizdə hələ bir az da olsa qalıbsa".