Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırılıb. Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırılıb.

ADNA-nın yeni rektoru məşhur yazıçının qohumudur – Arayış+Foto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırılıb.

Universitetə yeni rektor təyinatı olub. ADNSU-nin yeni rektoru Mustafa Baba oğlu Babanlıdır.

Bəs Mustafa Babanlı kimdir?

AzNews.az M.Babanlı haqda məlumatları oxuculara təqdim edir:

Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutu) mühəndis-fizikası fakültəsinin Metallar Fizikası ixtisasına daxil olub.

M.Babanlı 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin "Metallar Fizikası" ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimiAzərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin "Metallurgiya və metalşünaslıq" kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

4 noyabr 2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29 dekabr 2010-cu il tarixdə müsabiqə yolu ilə "Metallurgiya və metalşünaslıq" kafedrasının professoru vəzifəsinə seçilib. O, mühəndis-metallurqların bakalavr buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir, mühazirələr oxuyur.

M.Babanlı 2009–cu ildə "Materialşünaslıq" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

Qeyd edək ki, Mustafa Babanlı AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.

AzNews.az