Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın “New York Times” qəzetində dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli iş birliyi” başlıqlı məqalə ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib. Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın “New York Times” qəzetində dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli iş birliyi” başlıqlı məqalə ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib.

Türkiyədən ABŞ-a - SƏRT CAVAB

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın “New York Times” qəzetində dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli iş birliyi” başlıqlı məqalə ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib.


AzNews.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, türk səfir sözügedən məqaləyə görə ABŞ-ın Ankaradakı sabiq səfiri Eric Edelmana etirazını bildirib:

"Cənub sərhədlərimizdə təhlükə yaradan, 2003-cü ildən İraqı işğal etməklə bölgəmizdə münaqişə və təhdid ocaqları yaradanlara qarşı Türkiyə də özünün müdafiə gücünü tətbiq etməyə borcludur. ABŞ-ın sabiq səfirinin Türkiyəyə qarşı bu ittihamları isə çox ironik görünür. Bir terror təşkilatına qalib gəlmək üçün digər terror təşkilatının cinayətlərini unudaraq, onunla razılaşma imzalayanlar Türkiyəni öz əməllərinə ortaq edə bilməzlər".

Xatırladaq ki, "New York Times" qəzetinin 2015-ci il 27 avqust tarixli sayında Birləşmiş Ştatların Ankaradakı sabiq səfiri Eric Edelmanın adından dərc olunan "ABŞ-ın Türkiyə ilə təhlükəli işbirliyi" başlıqlı məqalədə iddia olunur ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkə daxilində apardığı vətəndaş mübarizəsinin qarşısını almaq üçün "İncirlik" hərbi hava bazasını koalisiya qüvvələrinin üzünə açıb.

Məqalədə həmçinin ABŞ prezidenti Barak Obamaya Ərdoğan hökuməti ilə münasibətləri sərtləşdirmək və qarşılıqlı kəşfiyyat məlumat mübadiləsinin azaldılması çağırışları edilir.