Tanınmış prodüser Roland Bayramovun evi qarət edilib. Tanınmış prodüser Roland Bayramovun evi qarət edilib.

Prodüserin evini soymuş xanım tutuldu

Tanınmış prodüser Roland Bayramovun evi qarət edilib.


AzNews.az-ın DİN-in saytına istinadən məlumatına görə, Masazırda yaşayan prodüserin evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının 17 avqustda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masazır qəsəbə sakini Aysel Abdullayeva artıq tutulub. Roland Bayramovun evini qarət edən xanım onun qonşusudur.

Roland Bayramov şou-biznesin bir çox tanınmış nümayəndələri ilə işləyib. Onun adı daha çox Rəqsanə İsmayılova və Natavan Həbibinin prodüseri kimi hallanıb.