Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Artıq bu şəxslərə də “Tərəqqi” medalı veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.



AzNews.az-ın məlumatına görə, qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda "Tərəqqi" medalının veriləcəyi sahələrin sayı artırılır.

Belə ki, "Tərəqqi" medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.