“Qanun”nəşriyyatının daha yeni iki kitabı nəşr olunub. “Qanun”nəşriyyatının daha yeni iki kitabı nəşr olunub.

"Qanun"dan daha iki yeni kitab - Fotolar

“Qanun”nəşriyyatının daha yeni iki kitabı nəşr olunub.

AzNews.az xəbər verir ki, onlardan biri Gülara Yeniseyin "Güney Azərbaycan 12 qısa soruda" kitabıdır.



Gülara Yenisey Bakıda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib. 1998-ci ildə Mərmərə Universiteti Siyasətşünaslıq və Beynəlxalq Münasibətlər Bölümündə ingilis dilində yazdığı "Alman xarici siyasətində Milli Mənfəət Qavramaları (1881-1990)" adlı magistratura dissertasiyasını müdafiə edib. 2006-cı ildə isə eyni bölümdən "İranda Etnosiyasi Hərəkatlar (1922-2004)" adlı doktorluq dissertasiyasını müdafiə edib. Bu dissertasiya eyni adda Türkiyədəki "Ötükən" Yayınları tərəfindən 2008-ci ildə çapdan çıxıb. Yazarın Azərbaycanın və Türkiyənin dövrü mətbuatında çoxlu məqalələri çap olunub.

Nəşr olunan ikinci kitab isə Əziz Rzazadənin "Qar havası"dır.



"Qar havası" insani duyğu və hisslərini basdıraraq öz meyar və dəyərlərini bütləşdirmiş ahıl bir ədəbiyyatşünas-alimin, yazıçının hekayəsidir. Kövrək uşaqlıq illəri yaralı, təbiətən miyanaçı, həyatın hər anında orta xətti gözləməyə alışmış bu adam daima Xeyirlə Şər arasında var-gəl edir. "Mən ədalət və haqqın tərəfindəyəm" söylədiyi halda, Allahdan üz çevirib şeytanla iş birliyinə gedir.

Nəhayət, ömrünün böyük hissəsini boşuna yaşadığını, iftixar etdiyi nə varsa itirdiyini görüb o, məbəddə deyil, müqəddəs sayıla biləcək yeganə oğlunun məzarı başında tövbə edir.

Sevinc Yasinqızı