“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” adlı layihə çərçivəsində təlimlər keçirir. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” adlı layihə çərçivəsində təlimlər keçirir.

İlk dəfə səs verənlər üçün – Təlim

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” adlı layihə çərçivəsində təlimlər keçirir.


İB-dən AzNews.az-a verilən məlumata görə, ilk təlim Binəqədi rayonunda yerləşən Bakı Turizm Məktəbində təşkil olunub.

Burada sözügedən kateqoriyadan olan gənclərin seçki prosesinə geniş cəlb olunması, onların elektoral mədəniyyətinin yüksəldilməsi, gənclər arasında seçki qanunvericiliyinin populyarlaşdırılması və seçki institutuna marağın artırılması məqsədi ilə keçirilən təlimdən gənclərin maksimum faydalanması üçün uğurlu iş aparılıb. Gənclərdə səmərəli vətəndaş mövqeyinin güclənməsi üçün onlarla seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və seçki qanunvericiliyinin müddəalarının izah olunması ilə bağlı geniş söhbət və qarşılıqlı diskusiya baş tutub.

Təlim iştirakçılarına üzərində "Gənc seçici - 2015" yazılmış maykalar paylanılıb və onlara seçki prosesi əyani olaraq izah olunub. Təlim prosesində gənclər arasında simvolik olaraq vəzifə bölgüsü aparılıb və bununla da onlar seçki komissiyasınıın sədrinin, üzvlərinin və digər iştirakçıların səlahiyyətləri ilə əyani tanış olublar. Daha sonra Milli Məclis üzvlüyünə namizədlərin seçkiqabağı kampaniyasında iştirak etmək istəyən gənclər müəyyən edilib və onlara sonradan metodiki yardım göstərilməsi üçün iş aparılıb. Təlimin sonunda iştirakçılara seçkilərdə iştirakın əsas məqamlarını əks etdirən "Gənc seçici" adlı bukletlər paylanılıb.