Dünən Park Cinema-nın İMAX kinoteatrında ilk dəfə hind kinosunun təqdimatı keçirilib. Dünən Park Cinema-nın İMAX kinoteatrında ilk dəfə hind kinosunun təqdimatı keçirilib.

İMAX-da ilk dəfə hind filmi göstərildi - Video

Dünən Park Cinema-nın İMAX kinoteatrında ilk dəfə hind kinosunun təqdimatı keçirilib.



AzNews.az xəbər verir ki, kinonun premyerasına dəvət olunan mətbuat nümayəndələri öncə hind musiqilərinin sədaları altında bu ölkənin mətbəxinin təamlarından dadıblar. Sonra isə "Xoşbəxt final" bədii filmini seyr ediblər. .

Rejissorlar Krişna D və Rac Nidimurunun ekranlaşdırdığı "Xoşbəxt final" öhdəlikdən uzaq olan sevgidən bəhs edən romantik komediyadır.

Hindistan istehsalı olan filmdə baş rolu Bollivudun yaraşıqlı və məşhur aktyoru Saif Ali Xan oynayır. Onun yaratdığı Yudi obrazı məşhur yazıçı və "əbədi subay"dır.

Komedik melodrama janrında olan film boyu qadın-kişi münasibətlərinə dair maraqlı məqamlar da üzə çıxır.

Qeyd edək ki, "Xoşbəxt final" filmi ilk dəfə böyük ekranda məhz Azərbaycan tamaşaçılarına təqdim olundu. Kinotənqidçilər bu ekran əsərini Hollivudun "Çılpaq həqiqət" komediya filminin hind versiyası adlandırırlar. Filmdə baş rola "Bollivudun kralı" Şahruk Xan dəvət olunsa da, son anda rejissor fikrini dəyişərək, yaraşıqlı aktyor Saif Ali Xanı baş rola çəkib. Filmdə həmçinin gənc aktrisa İleana, Kalki Koeçlin, Ranvir Şori, Raxul Hat, Şivani Tanksale, Qovinda, Priti Zinta, Karina Kapur və başqaları çəkiliblər.

"Xoşbəxt final"a bu gündən etibarən Park Cinema ekranlarında baxa bilərsiniz.