"Ali təhsil müəssisələri tələbələrə daha geniş təhsil imkanları yaratmaq üçün təhsil haqlarını yüksək etməməlidir". "Ali təhsil müəssisələri tələbələrə daha geniş təhsil imkanları yaratmaq üçün təhsil haqlarını yüksək etməməlidir".

Nazirlikdən universitetlərə müraciət: “Təhsil haqqını artırmayın”

"Ali təhsil müəssisələri tələbələrə daha geniş təhsil imkanları yaratmaq üçün təhsil haqlarını yüksək etməməlidir".


AzNews.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, nazirlik bunu təhsil müəssisələrindən tələb yox, ancaq tövsiyə edə bilər: "Hazırda heç bir universitetdə ödənişsiz təhsilyoxdur. Demək olar ki, bütün üniversitetlərin hamısı ödənişlidir. Amma biz nazirlik olaraq tələb yox, tövsiyyə edirik ki, ödənişlərin qiymətlərini yüksəltməsinlər".

Nazir müavini qeyd edib ki, yalnız dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir: "Dövlət ödənilən təhsil haqlarının qiymətlərini tənzimləyir. Həmçinin qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir".

Sevinc Yasinqızı