Türkiyədə xəbər aparıcısı, jurnalist Uğur Dündar həbs olunub. Türkiyədə xəbər aparıcısı, jurnalist Uğur Dündar həbs olunub.

Uğur Dündar həbs edildi

Türkiyədə xəbər aparıcısı, jurnalist Uğur Dündar həbs olunub.



Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə ona keçmiş Nəqliyyat və Dənizçilik naziri Binali İldırımı köşə yazısında təhqir etdiyi səbəbiylə 11 ay 20 gün həbs cəzası verib.

Küçükçekmece 2-ci Əslə Cəza Məhkəməsində baş tutan prosesdə İldırım və Dündar iştirak etməyib.

Dündarın vəkili Ceren Yakışır yazıda heç bir təhqirin olmadığını qeyd edib.

Binali İldırımın vəkili Serkan Bayram isə şübhəlinin cəzalandırılmasını tələb edib.

Prosesin sonunda hakim qərarı açıqlayıb, jurnalistin həbsi barədə hökm oxunub.