- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2015 12:53
- 2 785
İstirahət gününün hava - Proqnozu
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarmadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarmadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.