Bu gün Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin Seçki Dairəsi üzrə seçiciləri ilə görüşü keçirilib. Bu gün Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin Seçki Dairəsi üzrə seçiciləri ilə görüşü keçirilib.

Adil Əliyev belə başladı - Foto

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin Seçki Dairəsi üzrə seçiciləri ilə görüşü keçirilib.

AzNews.az Axar.az-a istinadla xəbər verir ki, görüşdə Seçki Qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Sakinlər, o cümlədən də Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev, Nərimanov rayon Ağsaqqalar Şurasının sədri Miri Həsənov, rayon Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov Adil Əliyevə öncəki millət vəkilliyi dönəmində verdiyi vədləri yerinə yetirdiyinə görə təşəkkür edib, ona növbəti parlament seçkilərində uğurlar arzu ediblər.

Səmimi şəraitdə keçən görüşdə seçicilərinə təşəkkür edən Adil Əliyev qeyd edib ki, həyata keçirilən bütün işlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması dayanır:

"Millət vəkili olaraq, bizlər də dövlətimizin inkişafında, tərəqqisində bu əhəmiyyətli amildən faydalanırıq. Seçicilərimizin qarşısında verdiyimiz vədləri yerinə yetirmək bizim ən ümdə borcumuzdur. Biz məhz bu faktı özümüzə kredo, hədəf kimi götürmüşük".

Adil Əliyev seçicilərin hər bir probleminin onların da problemi olduğunu bildirib:

"Hər bir seçicinin fikirlərini dinləmək bizim ən ümdə borcumuzdur. Bizlər isə öz vəzifəmizin öhdəsindən gələrək, xalqımızın rifah halının daha da yaxşılaşdırmasına çalışmalıyıq".

Seçiciləri ilə göruşündə onları maraqlandıran sualları cavablandıran namizəd bir sıra təklifləri də dinləyib. Maraqlı diskussiya və səmimi şəraitdə keçən görüşün sonunda Adil Əliyev öz seçiciləri ilə xatirə şəkli çəkdirib.