“Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb. “Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb.

Aynar Məmmədov sərbəst buraxıldı

“Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb.



AzNews.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.

Nərimanov rayon məhkəməsindən bildirilib ki, "Bandotdel" tərəfindən saxlanılan və sanskiya ilə məhkəmə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, dünən gecə saatlarında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "Nar" kafedə keçirilən əməliyyatda Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov və yaxın dostları saxlanılıb.