“Mansur Məmmədov hazırda iş başındadır”. “Mansur Məmmədov hazırda iş başındadır”.

Ziya Məmmədovun icra başçısı olan qohumunun “vurulması” xəbərinə – Reaksiya

“Mansur Məmmədov hazırda iş başındadır”.


Bunu AzNews.az-a açıqlamasında Ucar Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Umudov bildirib. Onun sözlərinə görə, hazırda Mansur Məmmədov Ucar rayon vətəndaşlarını qəbul edir: "Məlumatı internetdə oxudum və cənab başçıya dedim. O, bu xəbərlərə sadəcə güldü".

Qeyd edək ki, Avropa.info Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov üç gündür işə çıxmaması haqqında məlumat verib. Xatırladaq ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. O, bundan əvvəl Zərdab, Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.

Bahar RÜSTƏMLİ
AzNews.az