Bakının Nobel prospektinə “qırmızı asfalt” çəkilir. Bakının Nobel prospektinə “qırmızı asfalt” çəkilir.

Nobel prospektinə “qırmızı asfalt” çəkilir - Fotolar

Bakının Nobel prospektinə “qırmızı asfalt” çəkilir.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda "Ağ şəhər"in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına çəkilir.

Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatacaq.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq, asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.

Qeyd edək ki, Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi. İlk dəfə olaraq və sınaq məqsədi ilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilmişdi.
image description image description image description image description