Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirib. Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirib.

Azərbaycan qadınlarıyla bağlı maraqlı statistika - FOTO

Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirib.


AzNews.az xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, "Sahibkar Qadınlar" İctimai Birliyi və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda qadınlar hökumətin ayırdığı güzəştli kreditlərindən tamhüquqlu şəkildə yararlanır: "Yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, ticarət, xidmət sahələrində çalışan sahibkar qadınların sayı durmadan artır. 2014-cü il yanvarın 1-nə ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faizi olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir".

A.Camalqızı bildirib ki, bu gün qadınların 50 faizə qədəri fəal əməklə məşğul olur: "Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə - səhiyyə, sosial xidmətlərin göstərilməsində 56,6 %, təhsildə 41,8% və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 25,6% çox olmuşdur. Görülən bu işlər nəticəsində qadınlar arasında yoxsulluq səviyyəsi 49%-dən 5,9%-ə düşüb. Hökumətin gender bərabərliyi və qadınların imkanlarının gücləndirilməsi sahəsinə ayırdığı maliyyə vəsaiti 2009-cu ildən bu günə kimi 120 mindən 1 milyon dollara qədər artırılıb. 2015-ci ilin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 milyon 820 min nəfərini qadınlar təşkil edir. Selektiv abortun təsiri nəticəsində ölkədə qadınların say tərkibi tədricən azalmaqdadır.

Məsələn, ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib. Hazırda dövlət orqanlarında qadınların irəli çəkilməsi faktları müsbət haldır. İşləyən qadınların 69,2%-i özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Ümumiyyətlə, Azərbaycanda vəzifədə olan qadınların sayı durmadan artır. Ölkənin 85 rayonunda icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78 olub. Bələdiyyə üzvü seçilmiş qadınların sayı isə əvvəlki illərə nisbətən qalxaraq 35 faiz olub.

Hazırda Milli Məclisdə deputatların 16%-ni qadınlar təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı gündən-günə artır. 3 qadın nazir müavini var, Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-si qadındır. Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır. Bir dövlət komitəsinin, bir dövlət komissiyasının sədri qadındır. Qadın dövlət qulluqçularının ümumi tərkibi 28%-dir. Elmin inkişafında qadınlar müstəsna rola malikdir.

Doktorantların 30,8%-i, bütüm elmi işçilərin 53,6%-i qsdınlardan ibarətdir. Son 5 ildə tədqiqat işləriylə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2%, fəsləfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15% artıb. Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Qadınlar ictimai sektorda da fəallaşıblar. 2010-2015-ci illərdə qadın qeyri-hökumət təşkilatlarına 331 layihəni dəstəkləmək üçün 2 milyon dollar ayırılıb".

İctimai dinləmələrdə ölkədə fəaliyyət göstərən sahibkar qadınlar da çıxışlar ediblər və onlara yaradılan şəraitdən, Azərbaycandakı biznes mühiti, maliyyə-kredit vəziyyəti, uğurlar və çətinliklərdən bəhs ediblər.

Qadın Konsensus Mərkəzinin "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulur. İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, Feysbuk sosial şəbəkəsindəadlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır.

5 mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzular "Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə", "Qadınların siyasi iştirakçılığı", "Sahibkar qadınlar", "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi", "Qadın mövzusu KİV və sosial mediada" sahələrini əhatə edir.




Sevinc Yasinqızı