Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib.

DSMF son 9 ayda ödədiyi məbləği açıqladı

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib.


Fonddan AzNews.az-a verilən məlumata görə, əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.

Bildirilir ki, əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.