AzNews.az-ın APA-ya istinadən məlumatına görə, İmişlidə baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb. AzNews.az-ın APA-ya istinadən məlumatına görə, İmişlidə baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

İmişlidə iki maşın toqquşdu - 2 ölü, 3 yaralı (Yeniləndi)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, İmişlidə baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.


Hadisə İmişli rayonunu Qaradonlu kəndi ərazisində baş verib. "Mercedes" markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə VAZ 21011 markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində ölüb. Digər yaralı Aranlı kənd sakini 1997-ci il təvəllüdlü Hüseynov Həsən Rasim oğlu cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib. Yaralılar İmişli rayon xəstəxanasına yerləşdirilib. Onların adları dəqiqləşdirilir.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

***
19:45

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə VAZ 21011 markalı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində ölüb. Dörd nəfər yaralı isə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.