Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda müsabiqə komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir. Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda müsabiqə komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir.

Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsabiqə elan edildi

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda müsabiqə komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir.


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin ərizələri 2015-ci il oktyabrın 14-dən etibarən bir ay ərzində qəbul ediləcək.

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə təqdim olunması kifayətdir (ərizə formasını www.justice.gov.az internet səhifəsindən, nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür). Hazırkı müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini nazirliyin internet səhifəsi vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb.

Test imtahanından uğur qazanmış namizədlərin "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"nda nəzərdə tutulmuş digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Eyni zamanda mövcud təcrübəyə əsasən əvvəlki illərdə olduğu kimi, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.