Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək. Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək.

Tanınmış musiqiçinin yubileyi keçiriləcək

Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək.


Teatrdan AzNews.az-a verilən məlumata görə, tanınmış musiqiçinin 60 illik yubileyinə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət MusiqiliTeatrının təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinin quruluşçu-rejissoru teatrının gənc rejissoru Anar Sadıqovdur.

H.Qurbanovun yubileyi ilə bağlı Musiqili Teatrın foyesində onun çəkdiyi rəsmlərdən və həyatının müxtəlif dövrlərini özündə əks etdirən fotolarından ibarət sərgi təşkil olunacaq.

Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan "Xatirələrdə yaşayan ömür" və Meray Həsənağaqızının "Mən sənətkar qızıyam" kitablarının təqdimatı olacaq. Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulub.

Qeyd edək ki, o, 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət MusiqiliTeatrında aparıcı drijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub.

H.Qurbanov 2007-ci il 6 noyabr tarixində vəfat edib.

AzNews.az