Yanğın Vung Tao küçəsində yaşayış binalarının arasında yerləşən yarımstansiyada baş verib. Yanğın Vung Tao küçəsində yaşayış binalarının arasında yerləşən yarımstansiyada baş verib.

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO

Yanğın Vung Tao küçəsində yaşayış binalarının arasında yerləşən yarımstansiyada baş verib.


Hadisə ilə əlaqədar ətraf binalarda elektrik verilişində fasilə yaranıb. Təmir briqadaları işə cəlb olunub.

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 117 kv.m olan tikilinin dam örtüyü yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
20:46

Bakının Xətai rayonunda, "Həzi Aslanov" metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

AzNews.az-ın Report-a istinadən məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub.
Hazırda binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.